|
Metronun iş qrafikində DƏYİŞİKLİK EDİLDİ

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) iş qrafikində dəyişiklik edilib.

Bu haqda Cia.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev deyib ki, dəyişiklik Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakıda keçiriləcək tədbirlərlə bağlıdır:

"Həmin tədbirlərin iştirakçılarının daşınması məqsədilə 31 dekabrdan 1 yanvara keçən gecə "Bakı Metropoliteni QSC-nin bütün stansiyaları gecə saat 02:00-a qədər işləyəcək. Zərurət yaranacağı təqdirdə stansiyaların iş vaxtı 02:30-a qədər artırıla bilər".

cia.az