ABŞ administrasiyasının bəzi Rusiya nümayəndəliklərinin bağlanılması və 35 rus diplomatının deportasiya edilməsi barədə verdiyi qərar sonu çatan hakimiyyətin can verməsinə bənzəyir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin rəhbər müavini Aleksey Çepa “RİA Novosti”yə açıqlamasında deyib.
“Obama administrasiyası bu qərarlarla gələcək prezident Donald Trampın qarşısında maneələr yaratmağa çalışır”, - Çepa bildirib.
Qeyd edək ki, ABŞ hökuməti 35 rus diplomata ABŞ-ı tərk etmək üçün 72 saat vaxt verib.
cia.az
