|
Suriyanın bütün ərazisində atəşkəs rejimi qüvvəyə minib
Suriya ordusu, razılaşmanın şərtlərinə uyğun olaraq, ölkənin bütün ərazisində hərbi əməliyyatları dayandırıb. 
 
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Suriyadakı hərbi mənbə bildirib. Bundan əvvəl Suriya ordusu və silahlı müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 30-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub.
 
Razılaşma “Cəbhə ən-Nüsrə” və İŞİD qruplaşmalarına şamil edilmir.