|
Türkiyədə partlayış: 12 yaşlı yeniyetmə öldü

Türkiyədə partlayış baş verib. 

 
Musavat.com-un mlumatına görə, hadisə nəticəsində 12 yaşlı Musa A. həyatını itirib. Partlayış Mardin əyalətinin Dargeçit rayonunda meydana gəlib. Məlumata əsasən, 12 yaşlı yeniyetmə küçədən tapdığı bağlamanı açmağa çalışıb. Bu zaman bağlama partlayıb və Musa ağır yaralanıb. 
 
Mardin dövlət xəstəxanasına çatdırılan Musanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polislər cəlb olunub. Araşdırmalar davam edir.