|
Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub
Rusiya XİN rəhbəri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tərəflər Suriyada dekabrın 30-da hökumət və müxalifət qüvvələri arasında əldə olunan atəşkəs razılaşmasını və danışıqlara hazırlığını müzakirə ediblər.  
 
Nazirlər koordinasiyanı Rusiya-Türkiyə-İran formatında davam etdirilməsini, addımların BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə əlaqələndirilməsinin vacibliyini qeyd ediblər.