Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yaxın zamanlarda vəzifəsindən azad ediləcək.
Bu barədə Arqument.Az-a mötəbər mənbələrdən məlumat daxil olub.
Məlumata görə icra başçısının fəaliyyti ilə bağı Prezident Admistrasiyasına xeyli şikayət daxil olub. Hətta rayonda külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı da üzə çıxıb.
Bu vəsaitlərin isə konkret olaraq ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə rayonun sosial inkişafına ayrılan xərclərlərin olduğu deyilir. Belə ki, ölkə başçısının müvafiq sərəncamlarına əsasən 2012-ci ildə on yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisi məqsədi ilə 5, 2 milyon, 2013-cü ildə isə on üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi məqsədi ilə 2 milyon manat Biləsuvar Rayon İcra Hakimiyyətinə vəsait ayırılıb.
Ümumilikdə, Mahir Quliyev Biləsuvara rəhbər təyin olunandan rayonun sosial-iqtisadi inkişafı üçün büdcədən təxminən 8 milyon manata yaxın vəsait ayrılıb. Bu vəsaitlərin düzgün isə xərclənmədiyi üzə çıxıb. Ona görə də yaxın zamanlarda M.Qliyevin Biləsuvara, daha doğrusu, vəzifəyə "əlvida" deməsi gerçəkləşə bilər.
Xatırladaq ki, Mahir Quliyev 26.04.2011-ci il tarixdən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
