Dekabrın 28-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) uşaq opera teatrının “Səni sevirik, Xəzərim” adlı musiqili tamaşası nümayiş olunub.
Xəzər haqqında yazılmış musiqili tamaşada orta ixtisas musiqi məktəb-studiyasının şagirdləri iştirak ediblər. Səhnə əsərinin bədii rəhbəri Əməkdar İncəsənət Xadimi, professor Tərlan Seyidovdur.
Tamaşanın quruluşçu rejissorları Elvin Mirzəyev və Nigar Mirzəyeva, musiqi rəhbəri isə Ofeliya Axundovadır.
Cia.az
