İngiltərə şahzadəsi Harri sevgilisi, aktrisa Meqan Marklı kədərləndirəcək addım atıb.
Meqan Harrini ailəsi ilə tanış etmək istəsə də, lakin şahzadə bu görüşdən qaçır.
Markl Harrinin bu addımından çox narahat olub. Aktrisaya yaxın mənbələr bildirirlər ki, Meqanı iki variant düşündürür: ya Harri hələ onun valideynləri ilə görüşməyə tam hazır deyil, ya da gələcəkdə onların münasibəti sona çatacaq.
32 yaşlı şahzadə iki ay öncə 35 yaşlı amerikalı aktrisa ilə sevgi yaşadığını rəsmən bildirib və onu öz ailəsi ilə tanış edib. Kral iqamətgahının tez-tez qonağı olan Meqan şahzadənin ailəsinin rəğbətini qazana bilib.
Qeyd edək ki, aktrisa Meqan Markl əvvəllər nikahda olub. 2011-ci ildə o, film prodüseri Trevor Engelsona ərə gedib. Bu nikah iki il davam edib.
