|
Castin Biber bu dəfə qonşularının hədəfində
Müğənni Castin Biberin qonşuları ondan şikayətçidirlər.
Əvvəllər evində səs-küylü partilər təşkil edib qonşuların narazılığına səbəb olan ifaçının bu dəfə cangüdənləri diqqət mərkəzindədirlər.
Daima Castinin ətrafında olan cangüdənlər, hətta, evində də onu qoruyurlar. Qonşular Biberin evinin hərbi bazaya bənzədiyini və hər addımbaşı bir cangüdənə rast gəldikləri barədə şikayət ediblər.
Onlar tezliklə bu vəziyyətin dəyişəcəyinə ümid edirlər. 
Cia.az