İngiltərəli aktrisa Keyt Bekinsteil “Shape” jurnalı üçün fotosessiya elətdirib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 43 yaşlı aktrisa bu dəfə də ideal bədən quruluşu ilə görənləri heyrətləndirib.
Fotosessiyadan bəzi fotoları və videonu İnstaqram səhifəsində yerləşdirən Keyt fotoşopdan istifadə olunmadığını izləyicilərinə sübut edib.
Bekinsteil daim formada qalmağın sirlərini də sevənləri ilə bölüşüb. O bildirib ki, uzun illərdir spirtli içkidən imtina edib, səhər yeməyi yemir və həftənin 5-6 gününü məşq etməklə keçirir.



cia.az
