|
Qubada 43 yaşlı qadını maşın vurub

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cia.az saytı xəbər verir ki, APA-nın verdiyi məlumata görə, hadisə rayonun İqrıq kəndi ərazində qeydə alınıb. 1973-cü il təvəllüdlü Rəsmiyə Qədirovanı maşın vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Cia.az