|
Ağdamda vəziyyət necədir? – İcra başçısından AÇIQLAMA

Ağdam icra başçısı Raqub Məmmədov cəbhədə yaranan gərginliklə bağlı modern.az-a açıqlama verib.

O, hazırda rayonda vəziyyətin stabil olduğunu bildirib. Ermənilərin atdığı mərmi nəticəsində Əhmədağalı kənd sakini Mətləb Əliyevə məxsus evin yanmasına gəlincə, icra başçısı bu xəbəri təkzib edib:

“Həmin evdə axşam saatlarında qısaqapanma nəticəsində yanğın baş verib. 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb”.

Cia.az