Güclü qara görə, Türkiyənin 19 əyalətində məktəblər bir günlüyə bağlanıb.
Bununla bağlı Ankara valiliyi açıqlama yayıb.
Məlumata görə, dekabrın 29-da Ankara, Bursa, Eskişehir, Uşak, Bilecik, Kütahya, Çankırı, Sinop, Afyonkarahisar, Manisa, Balıkesir, Denizli, Burdur, Kırşehir, Konya, Yozgat, Bolu, Isparta və Karamandakı məktəblər işləməyəcək.
Eyni zamanda, əlil və hamilə məmurlara da bir günlük icazə verilib.
Cia.az
