Türkiyənin kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) həmsədrinin müavini Aysel Tuğluk həbs edilib.
Musavat.com-un məlumatına görə, paytaxt Ankarada saxlanılan Aysel Tuğluk haqqında məhkəmə həbs qətimkan tədbiri seçib. Verilən məlumata əsasən, A.Tuğluk Diyarbakır prokurorluğunun apardığı PKK istintağı çərçivəsində həbs edilib.
O, silahlı terror təşkilatına rəhbərlik etməkdə ittiham olunur.
cia.az
