|
Riqada sərnişin təyyarəsi qəza enişi edib
“AirBaltic” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Latviyanın paytaxtında qəza enişi edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə havada olarkən ön şassisində problem yaranıb. Kopenhagen -Riqa marşrutu üzrə uçan təyyarənin göyərtəsində 64 sərnişin olub.
 
İnsident nəticəsində zərərçəkən yoxdur.
cia.az