|
Filippində partlayış: 27 yaralı
Filippinin Xilonqos şəhərində partlayış baş verib.
 
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2-si ağır vəziyyətdə olmaqla, 27 nəfər xəsarət alıb.
 
Partlayış çərşənbə günü axşam Xilonqos şəhərində keçirilən boks döyüşü zamanı baş verib.
 
Polis insidentin araşdırılmasına başlayıb. Partlayışın səbəbi məlum deyil.
Cia.az