|
Bundesliqa klubunda yeni baş məşqçi

Almaniya bundesliqası təmsilçisi "Auqsburq"un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Dirk Şusteri istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Manuel Baum təyin edilib.

Qeyd edək ki, "Auqsburq" bundesliqada 18 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

 
Cia.az