|
"Malaqa"nı bundan sonra o çalışdıracaq

"Malaqa"nın yeni baş məşqçisinin adı açıqlanıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bundan sonra komandanı Marselo Romero çalışdıracaq. O, bu vəzifədə istefa verən Xuande Ramosu əvəzləyib.

Qeyd edək ki, M.Romero 2014-cü ildən İspaniya klubunda baş məşqçi köməkçisi vəzifəsində çalışırdı. M.Romberi futbolçu karyerası ərzində 2001-2007-ci illərdə "Malaqa"da çıxış edib.

Cia.az