"Forbes" jurnalı il ərzində ən çox qazanan aktyorların adını açıqlayıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, amerikalı aktrisa Skarlett Yohansson jurnalın reytinqində birincidir. Belə ki, aktrisanın çəkildiyi “Birinci qisasçı: Qarşıdurma” filmi kassa gəlirlərinə görə rekord qırmağı bacarıb - 1,2 milyard dollar gəlir.
Siyahının ikincisi Skarlettlə eyni filmdə çəkilən həmkarları Robert Dauni-kiçik və Kris Evensdir. Onlar “Qisasçılar” filminə 1,15 milyard dollar gəlir qazandıra biliblər. 

İlk üçlüyü “Suicide squad” filminə 1,1 milyard dollar gəlir qazandıran Marqo Robbi bağlayır.
Emi Adams - 1,04 milyard dollar
Ben Afflek - 1,02 milyard dollar
Qarli Kavil - 870 milyon dollar
Rayan Reynolds - 820 milyon dollar
Felisiti Cons - 805 milyon dollar
Vill Smit - 775 milyon dollar
Cia.az
