|
"İbrahimdən qız istəmək asan iş deyil"

İbrahim Tatlısesin müğənni qızı Dilan Çıtakla sevgilisi Levent Dörter restoranlardan birində görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük restoranda hesab kitabçalarını nəzərdən keçiriblər. Jurnalistlərin “evlilik haqqında planınız nədir” sualına Levent belə cavab verib:

“Düzdür, mən Dilana bu yaxında evlilik təklif etdim. Amma İbrahimdən qız istəmək asan iş deyil. Xeyirlisi”.

Çıtak isə evlilik məsələsinə münasibət bildirərək vurğulayıb:

“Mən şıltaqlıqlarıma dözən birini tapmışam, əlbəttə evlənməyi düşünürük”. 

Xatırladaq ki, bir müddət əvvəl Dilanla il yarım sevgili olan Dörter dostları ilə təşkil etdiyi partilərdən birində ona evlilik təklifi edib.
 
Bu zaman şoka düşən Çıtak: "Hə", - deyərək razılıq verib.

Qeyd edək ki, İ.Tatlıses qızına Leventlə münasibətini kəsməsini, onun ailəsinə yaraşmadığını söyləyib.

cia.az