TV8-də yayımlanan "İşte Benim Stilim” yarışmasında ilginc anlar yaşanıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mələk adlı iştirakçı podiuma çıxarkən digər iştirakçılarla sözü düz gəlməyib. Bir-birilərini təhqir edən iştirakçıların sözünü aparıcı kəsib.
Daha sonra münsiflərin qarşısına gələn Mələk onların da qəzəbinə tuş gəlib. Münsiflər kürsündə oturan stilist Kemal Doğulu iştirakçıların bu cür hərəkətləri və sözlərinə görə, tamaşaçılardan üzr istəyib.
“Sağ qulağımda qulaqcıq var, sol qulağımı da özüm bağladım. Başımı xarab elədiniz. Mən kişi olaraq, sizin yerinizə utanıram. Sizin hamınızın adından tamaşaçılardan üzr istəyrəm. Həqiqətən utanıram”, - deyə münsif bildirib.
Cia.az
