|
Əfqanıstan parlamentinin deputatı sui-qəsd nəticəsində yaralanıb, mühafizəçisi isə ölüb
Əfqanıstan paytaxtı Kabulda parlamentin deputatı Faruk Behiştiyə sui-qəsd edilib. 
Hadisə parlamentin binası yerləşən Dəşti-Barçi rayonunda törədilib.  
Terrorçu-kamikadze partlayıcı yüklənən avtomobillə deputata hücum edib. Partlayış nəticəsində F.Behişti yaralanıb, mühafizəçisi isə ölüb.
 
Xəsarət alanlarla bağlı əlavə məlumat yayılmayıb.
Cia.az