İŞİD lideri Əbubəkr Bağdadinin köməkçilərindən biri İraqın Mosul şəhərində yaxalanıb.
Axar.az xəbər verir ki, Əbu Haris əl Matyuti adlı terrorçu Dəclə çayının sol sahilindəki Bəkr məhəlləsində əsir götürülüb.
Onunla yanaşı, kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan daha 14 ekstremist hərbçilərə təslim olub.
Onların tapılmasında yerli sakinlər köməklik göstəriblər.
Cia.az
