|
Lavrov Suriya müxalifətinə silah tədarükünün fəsadları barədə Kerriyə xəbərdarlıq edib
Rusiya XİN rəhbəri  Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı bildirib ki, zenit-raket sistemləri daxil olmaqla silah-sursatın müxalifət qüvvələrinə tədarük edilməsinə icazənin verilməsi yeni qurbanlara gətirib çıxara bilər.
APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilib.   
“Lavrov bildirib ki, həmin icazə gərginlinin artmasına və yeni qurbanlara gətirib çıxaracaq”, deyə məlumatda bildirilir.  
Qeyd edək ki, dekabrın 23-də ABŞ prezidenti Barak Obama Suriyadakı müttəfiqlərinə silah, sursat və döyüş texnikasının tədarükünə qoyulan qadağanı ləğv edib. 
ABŞ-ın dövlət katibi və müdafiə nazirinə ünvanlanan müvafiq memorandum Ağ Ev tərəfindən dərc edilib.   
Cia.az