|
15 yaşlı qızın ad gününə minlərlə insan gəldi
Minlərlə insan 15 yaşlı Meksika sakininin ad gününü qeyd etməyə yığışıb. Meksikanın San-Luis-Potosi ştatında keçirilən ad gününə bu qədər adamın yığışmasına səbəb isə virtual dəvətnamənin yayılmasıdır.

Dekabrın əvvəlində qızın valideynləri Rubi İbarra Qarsii internetdə video yayaraq, hər kəsi bu ad gününə çağırıb. Qonaqlara yemək, içki, canlı musiqi, eləcə də 500 dollar mükafatı olan yarış vəd ediblər.  Tezliklə bu dəvətnaməni Meksikanın yarısı gördü, 800 min nəfər videoya baxış etdi və internetdə ciddi müzakirələrə səbəb olub.

Rubinin ad günü barədə telekanallarda da danışıblar. Dəvətnaməni meksikalı aktyor Qael Qarsiya Bernal da parodiya edib. Bayrama baş çəkmək üçün populyar musiqiçilər Larri Hernandes və El Komander də təkliflə çıxış edib. Uber qızın ad gününə germək istəyənlər üçün endirim elan edib. İnternet aviakampaniyası isə San Luis Potosiyə edilən uçuşlara “Rubinin ad gününə uçursuz” şüarı ilə təşkil edib. Facebookda ad günü eventini 1.2 milyon nəfər bəyənib. 
 
Onlardan bir neçə mini iştirak edəcəyi ilə bağlı vəd verib. Rubi ailəsi isə qonaq axınına hazırlaşıb və onlarla stul düzüb. Səbəbkar isə qonaqlarını qızğın şəkildə salamlayıb. Qızın atası isə deyib ki, bu dəvətin niyə böyük rezonans doğurması onun üçün da qaranlıqdır. Çünki onlar bu dəvətnaməni hazırlayanda ancaq qohum və qonşuları düşünürmüş.
Cua.az