|
Fransanın Rusiyadakı səfiri: Rusiya ilə hədəfimiz eynidir
Suriyadakı müharibəyə son qoymaq üçün Rusiya ilə əməkdaşlıq etmək istəyirik.
Axar.az xəbər verir ki, bu sözləri Fransanın Rusiyadakı səfiri Jan Maurik Ripert RİA-ya açıqlamasında deyib.
“Rusiya və Fransa terrora qarşı mübarizədə həmfikirdir. Suriyadakı müharibəyə son qoymaq barədə fikrimiz qətidir. Bunun üçün Rusiya və digər dövlətlərlə əməkdaşlıq etməyimiz mütləqdir. Hamımızın hədəfi birdir: terrorizmə son qoymaq”, - səfir bildirib.
Cia.az