"Atletiko"nun baş məşqçisi Dieqo Simeone 2017-2018 mövsümünün sonuna kimi Madrid klubunu çalışdıracaq.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş direktoru Miqel Anxel Xil məlumat verib:
"Simeone "Atletiko"da işinə davam edəcək. O, növbəti mövsüm də klubu çalışdıracaq".
Qeyd edək ki, D.Simeone PSJ, "Latsio" və "İnter"in maraqlandığı iddia edilir.
Cia.az
