|
Evlilik proqramları ilə bağlı vacib qərar

Türkiyədə evlilik proqramlarının aparıcıları Esra Erol, Zuhal Topal və Seda Sayan ortaq bir qərar veriblər.

Cia.az-ın “Posta”ya istinadən məlumatına görə, yeni ilin ilk həftəsi evlilik verilişləri efirdə yayımlanmayacaq. 

Buna səbəb seriallarda olduğu kimi yeni reklam büdcələrinin hazırlanmasıdır. 

Tamaşaçılar bu proqramlara yanvarın 9-dan etibarən baxa biləcəklər.

Cia.az