|
Azar Droqbaya çatdı

"Çelsi"nin futbolçusu Eden Azar üçün İngiltərə Premyer Liqasının 18-ci turunda "Bornmut"la görüş əlamətdar olub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu görüşdə penaltidən fərqlənən belçikalı yarımmüdafiəçi Premyer Liqada 50-ci qolunu vurub.

Bununla da, "Çelsi" tarixində 50 və daha çox qol vuran 6-cı oyunçu olub.

Qeyd edək ki, bundan əvvəl Didye Droqba, Frank Lempardan, Canfranko Zola, Cimmi Floyd Hesslbeynk və Eydur Qudyonson 50 və daha çox qol vurublar.

Cia.az