|
Xabarovskda qanunsuz şəkildə yolka satan azərbaycanlı saxlanılıb
Xabarovskda şəhər administrasiyası və polis əməkdaşları, eləcə də dövlət meşə müfəttişləri qanunsuz yolka satışını aşkarlamaq məqsədilə profilaktik tədbirlər keçirib.
 
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, keçirilmiş profilaktik tədbirlər zamanı azərbaycanlı saxlanılıb.
 
Onun üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Saxlanılan şəxs məsələnin araşdırılması məqsədilə rayon polis bölməsinə aparılıb.
Cia.az