|
Mərakeşdə avtobus aşıb, çox sayda ölən və yaralanan var
Mərakeşdə ağır yol qəzası baş verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimalında, Fes və Sidi-Kasem şəhərləri arasında qeydə alınıb.
 
Məlumata əsasən, sərnişin avtobusu hərəkətdə olarkən naməlum səbəbdən aşıb. Nəticədə 9 nəfər ölüb, 45 nəfər xəsarət alıb. 15 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
 
Polis faktla bağlı araşdırmalara başlayıb. 
cia.az