|
Səudiyyə Ərəbistanında terrorda şübhəli bilinənlər saxlanılıb
Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları ölkədə terror aktı törətməkdə şübhəli bilinən 11 nəfəri saxlayıb.
 
APA-nın məlumatına görə, bu barədə ölkənin Daxili işlər nazirliyi açıqlama yayıb.
 
Məlumata görə, həbslər son bir neçə gün ərzində Ər-Riyad vilayətində həyata keçirilib.
 
Saxlanılanların 6-sı Səudiyyə Ərəbistanı, 3-ü Pakistan,  2-si isə Sudan vətəndaşıdır. Hansı terror hadisələri nəzərdə tutulduğu barədə məlumat verilmir.