Türkiyənin İzmir şəhərində KCK təşkilatının (Kürdüstan Cəmiyyətlər Birliyi) üzvü Mehmet Baysal saxlanılıb.
Musavat.com-un məlumatına görə, Mehmet Baysal Diyarbakır prokurorluğu tərəfindən aparılıan, HDP sədrinin müavini Aysel Tuğlukun saxlanıldığı istintaq çərçivəsində tutulub. KCK-nin keçmiş İzmir rəhbəri olduğu bildirilən Mehmet Baysalın terrorla mübarizə idarəsi tərəfindən tutularaq polis bölməsinə aparıldığı qeyd edilib.
O, ifadə verdikdən sonra məhkəmə qarşısına çıxarılacaq.
