Türkiyədə İŞİD üzvü tutulub.
Bu barədə milliyet.com saytında xəbər yer alıb. Məlumata əsasən, Qaziantep rayonunda yoldan Keçən maşınları yoxlayan təhlükəsizlik qüvvələri İslahiye-Hatay şosesinin 4-cü kilometrliyində şübhəli bir avtomobili saxlatdırıb. Avtomobildə axtarış aparan təhlükəsizlik qüvvələri maşından müxtəlif ölkələrə aid pullar tapıblar.
Avtomobildəki İŞİD üzvü olduğu bildirilən şəxs isə saxlanılaraq jandarmaya aparılıb.
Cia.az
