|
Binali Yıldırım Dövlət Bahçeli ilə konstitusiya və terroru müzakirə etdi

Türkiyənin baş naziri Binali Yıldırım və Milliyyətçi Xalq Partiyasının (MHP) lideri Dövlət Bahçeli Çankaya sarayında görüşüblər. 


Musavat.com-un məlumatına görə, Bu barədə sözcü.com saytında xəbər yer alıb. 2 saat 46 dəqiqə davam edən görüşdə konstitusiyada dəyişikliklər və terrorla mübarizə məsələləri müzakirə olunub. 
 
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə təqdim olunan konstitusiya dəyişikliyi təklifinin ilk maddəsi artıq qəbul olunub. Dəyişikliyə görə, "azad məhkəmə" ifadəsi "azad və tərəfsiz məhkəmə" ifadəsi ilə əvəz olunacaq.