|
67 yaşlı qadın surroqat ana oldu, nəvəsini dünyaya gətirdi
67 yaşlı Yunanıstan sakini Anastasiya Ontau dünyanın ən yaşlı surroqat anası olub. O, hamilə qala bilməyən 43 yaşlı qızı üçün bu fədakarlığı edib.

Musavat.com-un məlumatına görə, o, öz nəvəsini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. Körpə qız vaxtından 6 həftə öncə, 1.2 kilo ağırlığında dünyaya göz açıb. Ontau qızına yeddi dəfə uğursuz hamilə qalma cəhdindən sonra “öz bətnini təklif edib”. Həkimlər qızına sonsuzluq diaqnozu qoyandan sonra ana öz qızı üçün belə fədakarlıq edib. 

43 yaşlı qızı Konstantin etiraf edib ki, anasından bu təklifi eşidincə onun dəli olduğunu düşünüb. Hamiləliyi müşahidə edən həkim Konstantinos Pantos pasientini qəhrəman adlandırıb. Anastasiya isə deyib ki, özünü daha çox nənə hesab edir, nəinki ana. 

Ontaudan əvvəl dünyanın ən yaşlı surroqat anası 66 yaşlı Mariya del Karmen Busada Lara olub. İspan qadın uzunömürlülük genlərinə sahib olduğu üçün özü uşaq doğmaq, onları böyütmək və təbii ki, nəvələrini də görmək arzusunda olub. O, 2006-cı ilin dekabrında əkizləri dünyaya gətirib, 2009-cu ildə isə xərçəngdən dünyasını dəyişib.
Cia.az