Qarayanız qadınlarla müqayisədə sarışınların həyatı daha uğurlu olur. Britaniya mətbuatının yazdığına görə, bu, yerli “The Motley Fool” saytının tədqiqatı nəticəsində məlum olub.
Xüsusilə sarışın xanımların digərləri ilə müqayisədə daha çox pul qazandıqları üzə çıxıb. Amma onların daha bədxərc olduqları da müəyyənləşib.
Araşdırma göstərib ki, sarışınlar orta hesabla 334 avronu xırdavat və bəzək əşyalarına xərcləyir. Şokolad, çanta və ayaqqabılara xərclənən pullar da qarayanızlarla müqayisədə sarışınlarda daha çoxdur.
cia.az
