|
İstirahətdən sonra heyvanlar da depressiyaya girir
Fransada aparılan bir araşdırma sübut edib ki, sahibləri ilə birgə istirahətə gedən heyvanlar tətildən sonra neqativ hərəkətlər edir.
Araşdırmaya siam pişiyi ilə qatılan Filip Uzan bildirib ki, tətildən evə qayıdandan sonra pişik bir neçə gün yatağını və xalçanın üstünü kirlədib. Alman qurd it sahibi olan Monique Gastinel də deyib ki, istirahətdən qayıdandan sonra iti narazı görünür və onun əmrlərini yerinə yetirmir. Heyvan psixoloq-mütəxəssisi Aline Auble isə deyib ki, bu, heyvanlar üçün normal durumdur. Çünki onlar da insanlar kimi yeni yerlər görməyi, yeni insanlarla tanış olmağı arzulayırlar. 

Psixoloq hesab edir ki, tətildən sonra şıltaqlıq edən heyvanları cəzalandırmaq əvəzinə, onlara yeni oyuncaqlar alınmalı, evdə qalmağın gözəllikləri aşılanmalıdır. Araşdırmanı imzalayan Selin Mousur isə deyib ki, bu müddətdə yemək yeməyi rədd edən və damlarından çıxmaq istəməyən heyvanları buna məcbur etmək doğru deyil.
cia.az