|
Silah satışı üzrə lider ölkələrin adları açıqlanıb
Rusiya 2015-cı ildə silah ixracına görə dünyada ABŞ və Fransadan sonra üçüncü olub.
 
APA-nın məlumatına görə, bu barədə New York Times qəzeti yazıb. Rusiya 2015-ci ildə 11,1 mlrd. dollar dəyərində silah satıb. Bu, 2014-cü il ilə müqayisədə bir qədər azdır (11,2 mlrd.).
 
Dünyada ən çox silah satan ölkə, əvvəlki kimi,  ABŞ-dır. 2015-ci ildə bu ölkə 40 mlrd. dollar dəyərində silah ixrac edib. İkinci yerdə Fransa qərarlaşıb – 15 mlrd. dollar. Çin 2015 ildə 6 mlrd dollar dəyərində silah ixrac edib.
 
Silah idxal edən ölkələrin siyahısına Qətər başçılıq edir. 2015-ci ildə bu ölkə 17 milyard dollarlıq silah alıb. 12 mlrd. dollarlıq silah idxal edən Misir ikinci yerdə qərarlaşıb. İlk üçlüyü Səudiyyə Ərəbistanı tamamlayır – 8 milyard dollar.
 
2014-cü ildə dünyada silah satışının ümumi həcmi 89 mlrd. dollar təşkil etdiyi halda, 2015-ci ildə müvafiq göstərici 80,0 mlrd. dollaradək düşüb.
cia.az