|
"BMW" 193 min avtomobilini Çindən geri çağırır - SƏBƏB?

Almaniyanın "BMW" şirkəti Çindən 193 min avtomobilini geri çağırır.

Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi məlumata görə, bunun səbəbi avtomobillərin təhlükəsizlik yastıqlarında problemin olmasıdır.

Avtomobillərin geri çağırılması 2017-ci ilin avqust ayının 1-də başlayacaq.

"BMW" defektli detalları pulsuz əvəz etməyə söz verib.

Cia.az