|
Sərnişin avtobusu qadını vurdu-

Bakıda sərnişin avtobusu 45 yaşlı qadını vuraraq öldürüb.

Cia.az-ın "Reporta" istinadən xəbərinə görə , hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Əliyeva Zəminə İdinəli qizi yolu keçmək istəyərkən onu 105 saylı sərnişin avtobusu vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokrurluğunda araşdırma aparılır.

Cia.az