|
İraq ordusu Mosulda bir neçə mövqeni azad edib
İraq ordusu Mosulun Əl-Qüds rayonunda irəliləyərək yeni mövqeləri ələ keçirib.

Musavat.com xarici KİV-ə istnadən xəbər verir ki, İŞİD terrorçuları Əl-Qüdsdə ən çox bomba yüklü maşınlar və kamikadzelərin köməkliyi ilə partlayışlar həyata keçirirdi. Məlumata görə, bu həftə "canlı bomba"ların hücumu zamanı cənubdakı Kokcalı rayonunda onlarla hərbçi və mülki şəxs həlak olub.

Qeyd edək ki, İraqın ikinci şəhəri sayılan Mosulu azad etmək üçün aparılan əməliyyatlara güc toplamaq məqsədilə dekabrın 23-də fasilə verilmişdi.