|
Bakıda ikimərtəbəli ev yanıb
Bu gün Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 540 (hər mərtəbəsi 270 m2) olan mansard tipli ikimərtəbəli 8 otaqlı evin mansardının yanar konstruksiyaları və içərisində olan əşyalar 60 m2 sahədə yanıb.
Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
cia.az