ABŞ-da susuzluqdan və aclıqdan beş aylıq körpə ölüb.
Bu barədə məlumat "Pennlive" saytında yer alıb. Məlumata görə, körpənin valideynləri bir neçə gün əvvəl dozadan artıq narkotik qəbul etdikləri üçün ölüblər.
Faciə ABŞ-ın Pensilvaniya ştatının Kernivill şəhərində baş verib. Polis 27 yaşlı Ceyson Çambersin və 19 yaşlı Çelsi Kardaronun meyitini onlar öldükdən bir həftə sonra aşkar edib.
Verilən məlumata əsasən, cütlük narkotik aludəçisi olub. Onların azyaşlı körpələri də bir həftə sonra evdə ölü tapılıb. Körpənin qidasızlıqdan öldüyü güman edilir.
