|
Tu-154 təyyarəsinin batdığı yer müəyyənləşib
Bu səhər Qara dənizdə batan Tu-154 təyyarəsinin düşdüyü yer dəqiqləşib.
 
AzNews.az xəbər verir ki, bu haqda RiaNovosti Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
 
Müəyyən edilmiş ərazidə hidrolokatorlarla təchiz olunan gəmilər vasitəsilə axtarışlar aparılır. Həmçinin axtarışlara çoxlçu sayda vertolyotlar və dalğıclar cəlb edilib.