|
Təyyarə qaçıranların məhkəməsi başladı
Liviyanın sərnişin təyyarəsini qaçıranlar Maltada məhkəmə qarşısına çıxarılıb. 

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Times of Malta" qəzetində yer alıb. Ada dövlətinin qanunlarına əsasən, onları ömürlük həbs cəzasının gözlədiyi bildirilir.
 
Qeyd edək ki, Səbha şəhərindən Tripoli şəhərinə uçuş həyata keçirən təyyarə iki nəfər tərəfindən qaçırılıb. Təyyarə tutulduqdan sonra istiqamətini dəyişərək Maltaya uçub. Quldurlar əvvəlcə Romaya uçmaq istəyib, lakin təyarənin yanacağı az olduğundan Maltada eniş edib. 
 
Məlumata görə, təyyarədə 117 sərnişin olub. Danışıqlardan sonra sərnişinlər azad edilib.
Bildirilir ki, günahlandırılan Mussu Saha və Əhməd Əli məhkəmə zalına güllə keçirməz gödəkçədə gətirilib.

cia.az