|
Qobustanda ev yanıb
Bakının Qaradağ rayonunda yanığın hadisəsi qeydə alınıb.
 
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Qaradağ rayonu, Qobustan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
 
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.