|
Silahlılar kəndlərə hücüm edib 21 nəfəri öldürdü
Konqoda silahlıların hücumu nəticəsində azı 21 dinc sakin qətlə yetirilib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, üsyançı Milli Azadlıq ordusunun silahlıları Kivu əyalətində bir neçə kəndə hücum edib.
 
Konqo müdafiə nazirliyinin məlumatına əsasən, hərbçilər 4 silahlını məhv edib. Kivu əyalətinin rəsmisi Amisi Kolonda bildirib ki, əhali arasında  ölənlərin sayının artması ehtimalı var. 
cia.az