|
Netanyahu ABŞ səfirini yanına çağırdı
İsrail baş naziri Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnaməyə görə ABŞ-ın Tel-Əvivdəki səfiri Dan Şaprionu Nazirlər Kabinetinə çağırıb.
 
Axar.az xəbər verir ki, Netanyahu səfirdən ABŞ-ın səsvermə zamanı bitərəf qalması ilə bağlı izahat verməsini istəyib.
 
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə Təhlükəsizlik Şurasının 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu 4 ölkədəki səfirlərini geri çağırıb.
cia.az