Nigeriyanın Laqos şəhərində inzibati bina uçub.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb. İnsidentin polisə məxsus təlim mərkəzində baş verdiyi bildirilir. Hadisə yerində axtarış-xilasedici əməliyyatlar davam etdirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, dekabrın 11-də ölkənin cənub-şərqində kilsənin uçması nəticəsində 100-dən çox insan həyatını itirmişdi.
cia.az
